Əsas Səhifə > Manşet, Siyasət > Naxçıvan təhsilində PULTUTMA QALMAQALI...
Naxçıvan təhsilində PULTUTMA QALMAQALI...Bu gün, 09:36 |
Dünən məlumat yayıldı ki, Naxçıvan məktəblərində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulur. Onlara məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna yatırılacağı bidlrilib. "DİA-AZ" bildirir ki, böyük rezonans doğuran bu məlumata aidiyyatı qurumlardan reaksiya verildi. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi açıqlama verərək bildirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Amma sonradan - kimlərdən ki pul tələbi edilib - həmin şəxslərdən gələn açıqlamalar MR-nın TN-nin yalan danışdığını üzə çıxarmış oldu. Doğrudur, nazirliyə aid TROL şəbəkəsi sosial şəbəkələrdə əks fikri - yəni TN-nin maraqlarına uyğun rəyi formalaşdırmağa cəhd etdi, amma həmin trolların daha çox eyni ifadələri paylaşması faktı onlara konkret tapşırığın verilməsini, onların təlimat üzreə etiraz etməsini üzə çıxarmış oldu. Lakin bəziləri - yəni hansı işçilər ki, onlardan həqiqətən də pul tələb olunub, maaşlarından pul kəsilib - o şəxslərdən bəziləri aşkar olaraq, belə halın baş verdiyini təsdiqlədilər. Məsələn, Mehdi Əliyev adlı təhsil işçisi aşağıdakı paylaşımla hadisənin baş verdiyini təsdiqlədi: "Bəli, bizlərdən də tutublar... Öncə könüllü olduğunu dedilər... Vermədik... Sonra zorla aldılar..." Qeyd edək ki, bu qanunsuz pultutulmanı anonim qaydada təsdiqləyənlər də yetərincədir. Görünəni odur ki, MR-nın Təhsil Nazirliyinin başbilənləri öz qanunsuz əməllərini "BELƏ BİR ŞEY OLMAYIB" deməklə və sosial şəbəkələrdə "Şərur məktəblərində o adda işçi (şikayət edən işçi nəzərdə tutulur -dia-az.site) yoxdur" təbliğatını aparmaqla ört-basdır etməyə çalışdılar... Amma doğru olanı bui işin icraçılarının cəzalandırılması idi... Geri qayıt |