Əsas Səhifə > Manşet, Sosial > Başçı Goranboyda hər kəsi bezdirib...

Başçı Goranboyda hər kəsi bezdirib...


Bu gün, 10:06
Başçı Goranboyda hər kəsi bezdirib...
Dünən "DİA-AZ" olaraq məlumat verdik ki, Goranboy sakini, rayonda sahibkarlıq fəaliyyətilə məşğul olan 68 yaşlı Məhəmməd Böyükkişiyev 8 aydır ki, həbsdədir. 10 gün əvvəl Goranboy Rayon Məhkəməsinin hakimi Taleh Mustafayev ona 2 il həbs cəzası kəsilməsi barədə hökm çıxarıb.

Lakin sahibkarın özü də, yaxınları da bildirir ki, bu hökm əsassızdır. Məhəmməd Böyukkişiyev deyir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə həbs olunub. Onun sözlərinə görə, səbəb Goranboyun Qızılhacılı qəsəbəsindəki şadlıq evində keçirilən vətəndaş qəbulunda icra başçısına iradlar bildirməsi olub.

YAZISI BURADA: Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..

"DİA-AZ" qeyd edir ki, bu məsələ sosial şəbəkələrdə və sözügedən müstəvidə portalımıza aid səhifələrdə geniş müzakirə predmeti olub, müxtəlif oxucu rəyləri gəlib. Bu qəbildən olan Goranboy sakinlərindən birinin müraciətini təqdim edirik:

"Ümumiyyətlə, Məhərrəm Quliyev Goranboya icra başçısı gəldiyi ilk gündən işi-gücü yerli camaata ziyan vurmaq olub. Özü küçədə mühafizəçi ilə gəzir. Sanki hansısa vacib fiqurdur. Əslində şikayətçilərdən qaçır. Qazilərə, şəhid ailələrinə münasibətsizliyindən çox yazılıb.

Bu gün Goranboy başdan-başa onun obyektləri ilə doludur. İnşallah ki, gün gələr o da əvvəlki başçı kimi həbsə atılar. Camaatın arzusu budur.

Təəssüf doğuran isə odur ki, biz "gün gələr" deyə arzu edirik. Əslində onun kimisi bir gün də vəzifədə oturmamalı, dərhal həbs olunmalıdır. Maləsəf... o həbs olunmur... adamları şərləyərək həbs etdirir..."

Geri qayıt