Əsas Səhifə > Manşet, Gündəm > İndi hər ay eşidirik ki, insanları qatar vurub öldürür...
İndi hər ay eşidirik ki, insanları qatar vurub öldürür...Bu gün, 08:41 |
"Yerli mediada yayılan məlumatlara görə 23 oktyabr 2024-cü il tarixində “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib. Yerli mediada yayılan məlumatlara görə tədbirin sonunda ADY-ə yaxın olan bir qrup jurnalistə ADY sədri Rövşən Rüstəmov adından 300 manat məbləğində xüsusi alış-veriş kuponları paylanılıb. 300 manatlıq kuponlar jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova tərəfindən paylanılıb. Jurnalistlərədən xahiş olunub ki, bu barədə kimsəyə bir söz deməsinlər. Həmçinin, mətbuatda ADY ilə bağlı yazılan tənqidlərə aktiv şəkildə cavab versinlər". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Lakin ADY -dən həmişə kimi bu məlumatları təkzib ediblər. ADY faktları təkzib etməkdən başqa heç bir şey bacarmır. Mart ayında Rövşən Rüstəmovun 3 qadına avtomobil hədiyyə etməsi barədə yerli mediaya məlumat sızmışdı. Sonra isə ADY-dən məlumatı yalanlamışdılar, lakin Aysel Soltanova ona maşın hədiyyə edilməsini təsdiqləmişdi. Eləcə də bir neçə ay öncə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-yə antiinhisar qanunvericiliyinin tələblərini pozduğu üçün maliyyə sanksiyası tətbiq edilmişdi. “Azərbaycan Dəmir Yolları” QSC isə bu qərardan yayınmaq, qanunsuz şəkildə əldə etdikləri mənfəəti dövlət büdcəsinə qaytarmamaq üçün ictimaiyyəti aldatmaq istəmiş və mediada yayılan məlumata rəsmi şəkildə təkzib yaymışdı. Rəsmi açıqlamada məhkəmə qərarına istinad edilirdi və bildirildi ki, QSC Antinhisar xidmətinin məlum qərarı ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə bu qərarın ləğv edilməsi hökmünü çıxarıb. Lakin sonradan məlum oldu ki, sözügedən məhkəmə qərarı 2022-ci ilə aiddir və QSC-nin ağ yalanı ortaya çıxmışdı. Beləliklə, ictimaiyyəti aldatmaq istəyən ADY özünü biabır etmişdi. Bütün bunlardan məlum olur ki, ADY rəhbərliyi tənqidlərdan nəticə çıxararaq fəaliyyətini düzgün şəkildə həyata keçirmək əvəzinə, maddi maraq müqabilində kimlərisə ələ almaq, faktları yalanlamaqdan başqa bir şey bacarmır. Yəni açıq-aydındır ki, ADY rəhbərliyini maraqlandıran yalnız şəxsi mənafeidir, və bundan sonrada dövlətin, əhalinin menafei üçün deyil, öz şəxsi maraqlarına xidmət etməyə davam edəcək. Bir neçə gün öncə yenidən teplovoz iki nəfəri vurub öldürdü. Təhlükəzislik çox bərbad vəziyyətdədir. Qatar vasitəsilə əvvəllər bu dərəcədə adam vurmaq məsələləri yox idi. İndi hər ay eşıdirik ki, insanları qatar vurub öldürür. Bu cür bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə zəruri tədbirlər gormək əvəzinə, günahı vətəndaşların üstünə yıxmaq, faktları təkzib etməklə məşğuldurlar.Bunun səbəbi işin düzgün qurulmaması, laqeyidlik, cəzasızlıqıdır. Dəmir yolu belədir ki, onu müntəzəm olaraq yoxlamaq lazımdır. Lakin,təhlükəziliyin təmin edilməsi, insan həyatı heç kəsə maraqlı deyil. İnsan həyatından daha vacib Rövşən Rüstəmovun reputasiyasının ləkələnməməsidir, əsas odur o və onun komandası öz şəxsi mənfəətlərindən məhrum olmasınlar. Həqiqətən, çox narahatedici vəziyyət yaranıb..." DAVAMI MÜTLƏQ VAR... Geri qayıt |