Əsas Səhifə > Manşet, Hadisə > Salyan-Hacıqabul, Hacıqabul-Salyan marşrutlarında MƏMUR TRANSFERLƏRİ...
Salyan-Hacıqabul, Hacıqabul-Salyan marşrutlarında MƏMUR TRANSFERLƏRİ...Bu gün, 09:08 |
Məlum olduğu kimi, iki gün əvvəl “Azərişıq” ASC Salyan filialının rəisi Səfa Şirinov tutduğu vəzifədən azad olunduğu xəbərini yaydıq. Məlumatdan aydın oldu ki, bu vəzifəyə Namiq Quliyev təyin edilib. Qeyd edək ki, bu təyinata qədər N.Quliyev “Azərişıq” ASC Hacıqabul filialının rəisi işləyib. "DİA-AZ" xatırladır ki, buna qədərsə ən əsası - Salyan və Hacıqabul icra hakimiyyəti başçılarının qarşılıqlı transferi baş tutmuşdu. Və son olaraq "İşıq idarəsi" rəhbərlərinin yerdəyişməsi də bu transferdən sonra cərəyan edən yeganə yerdəyişikliyi deyil. Eyni zamanda başçılar köməkçilərinin də yerlərini dəyişərək, ilk başdan "öz əllərini möhkəm tutmuşdular". Doğrudur, hər bir rəhbər işçinin öz komandasını formalaşdırma təşəbbüsləri alqışlanası haldır. Amma bütün bunların ilk dəfə belə geniş miqyasda cərəyan etməsi kifayət qədər diqqətçəkəndir və "DİA-AZ"-ın əldə etdiyi informasiyalardan aydın olur ki, hər iki başçının öz kadrlarını "pişik balasını daşıyırmış kimi" ardınca aparması prosesi bundan sonra da davam edəcək: "Danışıqlar aparılır... Yəqin ki, belə davam edərsə, nəhayətdə başçılar çəkmələrini də dəyişəcəklər..." Qeyd edək ki, bu yerdəyişmələr ekspertlər tə4rəfindən fərqli qarşılanır. Məsələn, ilk başdan belə bir reaksiya verildi ki, əslində hər iki başçı özünə yaxın adamları başına təkrar toplamaqla köhnədən ortaq olduqları qanunsuz əməllərin ifşa olma ehtimallarını da aşağı salmış olurlar. Yəni gözümün qabağındadırlar məsəli kimi... Hər halda, bu arqument kifayət qədər möhkəm əsaslara malik kimi görünür... Geri qayıt |