Əsas Səhifə > Manşet, Sosial > 20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR...

20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR...


28-10-2024, 09:17
20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR...
"Mən Xaçmaz rayonu Şıx-haput kəndindən yazıram". "DİA-AZ" xəbər verir ki, bu barədə Xaçmaz sakini Muzafəddin Alməmmədovun müraciətində deyilir.
Narazı vətəndaş daha sonra yazır: "Kəndimizdə 20 ildən çox olar ki bələdiyyə tərəfindən həyətyanı torpaqlar paylanıb.
Bu vaxta qədər heç kim tikilən evlərin kupçasını ala bilməyib. Səbəb torpaqların statusunun mal örüşü olaraq qalmasıdır. Torpaqlar paylandıqdan sonra statusu dəyişdirilməyib.
Bu barədə icra başçısı Elnur Rzayevə məlumat da verilib, kənd camaatı ilə görüşü zamanı (bu ilin yay aylarında 2024). Heç bir tədbir də görülməyib.
Qeyd edim ki, həmən torpaqlarda tikilən evlərə işıq xətləri, qaz boruları və internet xətləri var.. Həmçinin yaşayış da var..."

Geri qayıt