Əsas Səhifə > Manşet, Sosial > 94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər...
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər...26-10-2024, 14:48 |
"Şikayətim "Kapital bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Famil adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Orda böyüklərə... ələlxsus da əlillərə, xəstələrə hörmət yoxdur. Nənəmin pensiya kartı itmişdi. 2 gün 5 manatlıq kart parçasına görə (dublikat) xəstə qadını (94 yaş) Sumqayıt filialı qapısında gözlətdilər... Axırda da dedilər ki alınmır. Nənəm orda ola-ola deyirlər, nənəniz xəstədir, biz ona etibar edə bilmərik. Patronaj olan şəxs və kimin ki himayəsindədir o şəxs... hamı yığışıb "Kapital Bank"ın həyatinə iş bilmişik birdənə kart alacağıq. Sumqayıt icra hakimiyyətindən tutmuş Abşeron icra hakimiyyəti, ASAN xidməti... gəzdik və o xəstə halda olan qadını ora-bura daşımaqdan halı da pisləşmişdi. Məcbur olmasaq, bu bankın 1 boş kağızından istifadə belə etmərəm..." Geri qayıt |