Əsas Səhifə > Manşet, Sosial > Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır
Adı `Tərtər işi`ndə hallanan general ölkədən qaçmağa hazırlaşır23-10-2024, 10:04 |
Vaxtiylə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik edən, daha sonra işdə yol verdiyi nöqsanlar səbəbilə ordudan qovulan general Rasim Əliyev ölkədən qaçmağa hazırlaşır. Bu barədə "DİA-AZ"a göndərilən xəbərdə deyilir. Məlumatda daha sonra bildirilir: "Buna səbəb adı uzun müddətdir ki, Tərtər işində hallanan generalın hər an həbs edilə biləcəyi ehtimalıdır. General mümkün həbs ehtimalından sığortalanmaq, cinayət məsuliyyətindən yayınmaq üçün yeganə çıxış yolunu ölkəni tərk etməkdə görür. Xatırladaq ki, bir müddət bundan öncə ölkə mediasında general Rasim Əliyev xaricə qaçmaq məqsədilə ölkədəki əmlaklarının böyük bir qismini satışa çıxarması ilə bağlı xəbərlər yayılmışdı. Bu dəfə generalın özünün “səfər çantasını” yığması onun Azərbaycandakı əmlaklarının satışını başa çatdırdığını, əldə etdiyi pullarla xaricə qaçmağa hazır olduğunu göstərir. Məlumat üçün qeyd edək ki, zərərçəkənlərin bir çoxu Rasim Əliyevi Tərtər hadisələri zamanı hərbçilərin məruz qaldıqları zorakılıqlar haqqında yuxarı instansiyalara məlumat verməməkdə, zəiflik və iradəsizlik göstərməkdə, fəaliyyətsizlikdə təqsirli bilir. Onlar hesab edir ki, əgər Rasim Əliyev tutduğu vəzifənin tələbinə uyğun olaraq baş verən özbaşınalıqlar haqqında aidiyyati şəxslərə zamanında məlumat versəydi, o zaman proseslər bu həddə çatmaz, bu cür ağır nəticələrə səbəb olmazdı. Bu səbəbdən də onalr Rasim Əliyevin məsuliyyətə cəlb edilməsini tələb edir və bunu məhkəmə prosesində mütəmadi şəkildə dilə gətirirlər". ƏLAVƏ BİLGİLƏRİMİZ OLACAQ... Geri qayıt |