Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda müəllimlər MAAŞLARINI ALA BİLMİRLƏR...

Naxçıvanda müəllimlər MAAŞLARINI ALA BİLMİRLƏR...


Bu gün, 11:08
Naxçıvanda müəllimlər MAAŞLARINI ALA BİLMİRLƏR...
Naxçıvanda müəllimlər sentyabr ayı üçün nəzərdə tutulan maaşlarını hələ də almayıblar. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup müəllim məlumat verib. Onlar bildirirlər ki, 15 günlük məzuniyyət pullarını hər il oktyabrın əvvəlində alsalar da, bu dəfə maaşlardan xəbər yoxdur. Müəllimlər ehtiyat edirlər ki, onların sentyabr maaşı büdcə kəsirini doldurmaq adı altında əllərindən alınacaq.
Şərur rayonundakı məktəblərin biriundə çalışan müəllim S. Xəlilov deyir ki, iki aydır avqust ayının 10 günlük maaşı ilə dolanırlar:
“Axı, dövlət büdcəsindən bu pulu ayırıblar. Niyə yubandığını doğru-dürüst deyən yoxdur. Bəs, biz necə dolanaq? İndi də deyirlər ki, oktyabr ayının maaşı ilə birlikdə veriləcək. Hardan bilək ki, o da gecikməyəcək. Qalmışıq çarəsiz. Şikayət edəndə, gözümçıxdıya salırlar. Qorxuruq ki, digər müəssisələrdə olduğu kimi, axırda desinlər ki, maaşınız büdcə kəsirinə çıxdıq. Gözlərini yumub, büdcəni talayırlar, kəsir üzə çıxanda, kasıb-kusubun maaşından kəsirlər”.
Digər müəllim Afər Qurbanova isə deyir ki, maaş gecikdiyində, banka olan kredit borclarını ödəyə bilməyiblər:
“Maaşımız onsuz da az, problemlərimiz isə çoxdur. Problemlərimizi həll etmək üçün bankdan çoxumuz kredit götürmüşük. Maaşlar yubananda üzərinə faiz gəlir. Bank da bir tərəfdən sıxışdırmağa başlayır. Əvvəllər müəllimlərin maaşında yubanma olmazdı. Yeni hakimiyyətin dövründə tez-tez yubanmalar olur. Müəllim nə ilə dolandığı, ailəsini necə dolandırdığı heç kimin vecinə deyil. Danışanda da deyirlərki, xoşun gəlmir işləmə, çıx get. Bu cür olmaz axı. Çarəmiz yalnız məsələni ictimailəşdirməyə qalıb. Onsuz da Naxçıvanda işsizlik baş alıb gedir. Heç olmasa blokadada olan Naxçıvana bir az diqqəti ayrılsın, müəllimlərin halına acısınlar. Axı, biz müəllimlər bu dövlət üçün gələcək kadırlar hazırlayırıq.”
Bundan öncə Naxçıvandakı bir sıra dövlər idarə və müəssilərəində işçilərin maaşının bir qismi kəsilmişdi. Onlara bildirilib ki, həmin pullar dövlət büdcəsin doldurmaq adı ilə əllərindən alınıb və mənimsənilib.

Geri qayıt