Əsas Səhifə > Manşet, Gündəm > "Hara gediriksə, diplomumuzu tanımırlar..."

"Hara gediriksə, diplomumuzu tanımırlar..."


Bu gün, 08:40
"Hara gediriksə, diplomumuzu tanımırlar..."
Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq ixtisasının məzunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş Nazir Əli Əsədova, Təhsil Naziri Emin Əmrullayevə və Səhiyyə Naziri Teymur Musayevə müraciət ediblər. Bir nüsxəsi də Dia-az.Media-ya daxil olan müraciətdə deyilir:

"Yazaraq bildiririk ki, biz Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq ixtisasını bitirmişik, lakin iş tapa bilmirik. Çünki bu ixtisasın statusu yoxdur. Hansı dövlət müəssisəsinə müraciət ediriksə, diplomumuzu tanımırlar. Əgər belədirsə, biz niyə 4 il əczaçılıq ixtisasında təhsil almışıq?

Əslində, doğru edirlər ki, tanımırlar. Çünki dərsi tədris edən müəllimlərin 95 faizi baytar həkimləridir. Buna görə də hara gediriksə, diplomumuzu tanımırlar və söyləyirlər ki, “Baytarlıq fakültəsi nədir? İnsan əczaçılığı nədir?”

Hörmətli prezident və cənablar, əgər belədirsə, bu xalqın övladları yazıq deyilmi? Bu gənclər 4 il universitetdə boş yerə vaxt keçirir, dövlət isə hər tələbə üçün büdcədən böyük məbləğdə pul ayırır. Müharibə şəraitində olan respublikamızın pulları niyə hədər getməlidir?

Xahiş edirik ki, yeni ildən bu ixtisasa tələbə qəbul olunmasın və bu ixtisas üzrə yalnız Tibb Universiteti və tibb kollecləri tələbə hazırlasın..,"



YAZILARA İSTİNAD MÜTLƏQDİR...
Geri qayıt