Əsas Səhifə > Manşet / Güney Press > Naxçıvanda NƏLƏR BAŞ VERİR?

Naxçıvanda NƏLƏR BAŞ VERİR?


16-10-2024, 10:53
Naxçıvanda NƏLƏR BAŞ VERİR?
"Məlumata görə, dünən gecə yarısına qədər Naxçıvan Ali Məclisinin və Nazirlər Kabinetinin bütün işıqları yanıb. Hər iki dövlət binasının önündə xeyli sayda polis var imiş". diaaz.space xəbər verir ki, bu iddiaları özünün açıqlamasında tanınmış jurnalist Heydər Oğuz səsləndirib.
Jurnalist daha sonra bunları qeyd edib: "Bu gün səhərdən isə Ali Məclisin binası qarşısında Prokurorluq və Ədliyyə Nazirliyinin maşınları dayanıb.
Təsdiqlənməmiş məlumata görə, Naxçıvan MR Maliyyə naziri Həsən İsmayılov da “buxarlanıb”. Naxçıvanda “buxarlananların” adətən Bakıdakı güc strukturlarının zirzəmilərindən çıxdığı məlumdur. Naxçıvan Maliyyə Nazirliyinin işçiləri nazirin hardan zühur edəcəyini böyük səbrsizliklə gözləyirlər.
Digər bir məlumata görə, Naxçıvanın prokurorluq orqanları Səhiyyə Nazirliyinin fəaliyyətini yoxlamaq qərarına gəliblər.
Əl-qərəz, Naxçıvan "canişinliyi" təşviş içində nələrin baş verdiyini anlamağa çalışır..."

Geri qayıt