Əsas Səhifə > Manşet / Güney Press > "Maaş kartı da əfsuslar olsun ki, Kapital Bankdandır..."
"Maaş kartı da əfsuslar olsun ki, Kapital Bankdandır..."7-10-2024, 16:17 |
|
"Şikayətim Kapital Bankdandır. Yenilikcə hərbi qulluqçu kimi işə düzəlmişəm və maaş kartı da əfsuslar olsun ki, Kapital Bankdandır. Bu ay ilk maaş aldığım zaman əmək haqqı kartımı bloklayıb..." diaaz.space xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley olunur. Narazı vətəndaş daha sonra bildirir: "Bir Karta olan borcumu silmək üçün məhkəmənin qərarı olmadan, kredit ödəyicisinin hüquqlarını tapdalayaraq əmək haqqımın 100%-ni tutublar (kredit götürən krediti ödəmədiyi təqdirdə əmək haqqının maksimum 50% tutula bilər). Həftənin cümə günü əmək haqqı köçdüyündən, şənbə və bazar günləri iş günü olmadığından və xidməti vəzifəmlə əlaqəli olaraq xidmət etdiyim əraziyə geri dönməli olmuşam. Dəfələrcə qaynar xəttə müraciət etmişəm mənimlə əlaqə saxlayacaqlarını bildiriblər, lakin heç kim əlaqə saxlamayıb. İndi deyin görüm bu qayda pozuntusunu hansı hüquqi əsasla yerinə yetirmisiniz? Bundan əlavə mənimlə əlaqə saxlamadan, məlumat verilmədən, yeni tarixçə açılmadan, kredit kartının bağlanmasına 2 il qaldığı halda hansı hüquq, hansı qanun əsasında mənim maaş kartımı bloklayıb onun nə az, nə çox 100%-ni mənimsəyirsiniz? Mən növbəti aya kimi hansı pulla dolanmalıyam? Budur sizin hərbiçiyə qoyduğunuz hörmət? Bu məsələni boş buraxmayacam, məhkəməyə və insan haqlarına müraciət edib haqqımı tələb edəcəm!!!" Geri qayıt |