Əsas Səhifə > Manşet, Ölkə > Bostankeşdən... Dİ GƏL KEÇ...

Bostankeşdən... Dİ GƏL KEÇ...


Bu gün, 10:27
Bostankeşdən... Dİ GƏL KEÇ...
"Qubanın Bostankeş kəndində 2020ci ildə baş verən faciəvi daşqından sonra daşqının fəsadlarının aradan qaldırılması üçün ciddi bir iş görülməyib". Dia-az.Media xəbər verir ki, bu barədə həyəcan təbili çalan ekofəal Cavid Qara əlaqədar qurumları təcili hərəkətə keçməyə çağırıb. Əks halda...

Ekofəal yerli kənd sakini Qalayev Mehmana istinadən problemin təfərrüatını da açıqlayır: "Görülən işlər də yarımçıq qalıb. Hər yağış yağanda yeni sel qorxusu ilə yaşayan sakinlərin bir hissə kəndi artıq tərk edib. 30 evdən 7 i tamamilə tərk edilib.

Rastlaşdığımız sakinlər imkan olan kimi kəndi tərk edəcəklərini deyirlər.

Bu təkcə təbiət hadisəsi deyil. Həm də mühəndislik xətasıdır.

Güclü sel daşqını təhlükəsi, geniş su hövzəsi olan bir dərəyə kiçik bir körpü əvəzinə 2 orta ölçülü boru atıblar. Zamanla borudan keçə bilməyən daşlar sel dərəsini doldurub və sel daşqını gəldiyi zaman dərəni aşıb kəndi basıb. Növbəti daşqın isə daha faciəli ola bilər. İnsanlar qorxu içində yaşayır. özləri fərqində olmasa da bu insanlar iqlim qaçqınlarıdır.

Aidiyyatı qurumlardan xahiş edirəm bu məsələyə yenidən baxılsın. Quba Rayon İcra Hakimiyyətinin gördüyü yarıyarımçıq işlər davam etdirilsin..."

Daha ətraflı BU VİDEODA... (tıkla və BAX)

Geri qayıt