Əsas Səhifə > Manşet, Sosial > "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..."

"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..."


Bu gün, 10:19
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..."
"Tələbə və doktoranta obyekt kimi baxmaq yaramazlıq və alçaqlıqdır. Bu akademik yaramazlıq və alçaqlığa son qoyun! Sizin övladlarınız yoxdurmu?! Mən professor tanıyıram ki, övladını təhsil adı ilə xaricə qaçırdıb, özü isə burada xalqın təcrübəsiz və saf övladlarını istismar edib əylənir. Normal ölkədə belə tüfeyli, fırıldaqçı professoru it yerinə də qoymazlar..." Dia-az.Media xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.

Qeyd edək ki, professor eyni zamanda üzləşdiyi bir problemlə və bu problemə olan münasibətlə bağlı da açıqlama verib: "AMEA rəhbərliyi yataqxananın kif və rütubət basmış otağına bir dənə motor-hidrofor qoymur ki, su olsun. Komendat deyir, bu işə AMEA prezidenti İsa Həbibbəylinin şöbə müdiri Elton Məmmədov baxır. Elton Məmmədovun köməkçisi isə deyir ki, yataqxananın komendatı baxır...

Bu arada dosent Əli Əhmədzadə guya mənə məsləhət verib deyir: "Müəllim, görmürsünüz, ölkədə heç kim heç kimin ərizəsini oxumur?! Motorun qiyməti olsun 200-300 manat. Nəmənə şeydir ki, ona-buna ağız açıb hörmətdən düşürsünüz. Siz də o biri diribaş professorlar, şöbə müdirləri kimi tasa oturdun dissertantları. Şöbə müdirisiniz. Odur, elan veribsiniz, dissertantın müzakirəsi olacaq, atası departament sədridir. Nə qədər pul istəsəniz, verəcək. İki ilin içində ev, maşın ala bilərsiniz. Nə qədər ki, qanunu pozub pul almayacaqsan, ehtiyac içində qalacaqsan və kiçik istisnalarla bütün akademiya sənə nifrət edəcək. Elə bilirsən, haqdan, ədalətdən, millətdən, Vətəndən qıy vuran alim-professorlar təmizdirlər? Zibillıərinin üstünü örtmək üçün elə rola girirlər. Yoxsa cüzi maaşla o yüz minləri haradan alırlar?! Elmi aldatma və kələk yolu ilə pul qazanmaq vasitəsinə çevirib tələbə və doktorantları aldadaraq tora salan onlar deyillərmi?!"

Qaçqın statusuna malik olmadan qeyri-rəsmi qaçqın həyatı yaşamağın acılarını çox dadmışam. Müəyyən zaman intervalları istisna olmaqla, 55 yaşa qədər ömrümün çox hissəsini qeyri-rəsmi, yəni statusu olmayan qaçqın kimi yataqxanalarda, hətta dərs dediyim məktəbin zirzəmisində keçirmişəm. Çünki haqqımı elmi mühiti bazara çevirən vicdansız, rüşvətxor uşaq qatilləri, alim-akademiklər yeyiblər..."

Geri qayıt