Əsas Səhifə > Manşet, Hadisə > "Tıxac başqa, yolu konkret bağlamaq başqa..."

"Tıxac başqa, yolu konkret bağlamaq başqa..."


Bu gün, 11:48
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..."
Yol hərəkətinin təşkili avtomobillərin texniki baxışının idarəetməsi kimi olmamalıdır!

"Səhər nə qədər tez çıxırsan, görürsən, yol bağlıdır. Sürpriz ee, sürpriz... Düşünürəm ki, məsələ belədir: Öncədən tapşırıq gəlir ki, saat 08:00-da avtomobillərin hərəkəti məhdudlaşdırılsın, yəni konkret yolu bağlayın! Tapşırığı alan digərinə tapşırıq verir ki, yol 07:30-da bağlayın. Digəri də o birinə 07:00-da bağlamağı, 06:30, 06:00 və s. Beləcə hamı işini məsuliyyətlə yerinə yetirmiş olur..." Dia-az.Media xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist İlkin Pirəli ifadə edib.
O daha sonra bildirir: "Başa düşürük, rəsmi tədbir ola bilər, Bakımıza qonaq gələ bilər (qonaq yolda avtomobil görməməlidir axı...), mərkəzi yollarda təmir işləri həyata keçirilə bilər. Amma bunun üçün yol adına nə varsa, hamısını bağlamaq düzgün deyil axı. Təsəvvür edin, Qara Qarayev prospektindən Mərdəkan istiqamətinə getməyə çalışırsan, ora da bağlıdır. Yox, olmaz! Niyə? Ora da mərkəzdir? Yaxşı, tutaq ki, siz bunu düzgün hesab edirsiniz, heç bir tədbir yoxdur, elə-belə bağlamaq istəyirsiniz və ya qəsəbələrdən, bağlardan çıxışı məhdudlaşdırırsınız ki, şəhər istiqamətində sıxlıq yaranmasın (Əslində heç bir sıxlıqdan söhbət gedə bilməz, orta sürətlə hərəkət mümkün olur). Problem yoxdur, istənilən saatda yol kəsməyi qəbul edirik, amma xahiş edirik, bunu öncədən elan edin! Nəqliyyatı intellektualcasına idarə edən idarə qabaqcadan desin ki, filan küçələr bağlı olacaq, çıxmayın evdən. Biz də işimizi bilək, 3 kilometr piyada gələk, metroya düşək dəə. İctimai nəqliyyatdan istifadəni təşviq edirsiniz, bunu elan edin, şad-xürrəm olaq... Hələlik təşviqiniz təşviş yaradır... Dolu çən "tıxac"larda 2 günə bitir.
Yeri gəlmişkən, Bakıda avtomobillərin hədsiz çox olması ilə bağlı iddialar yersizdir. Normadan yuxarıdır, amma şişirdiləcək, dəhşətli, faciəvi formada deyil. Yollar məqsədli şəkildə bağlanmasa, hər kəs ünvanına rahat yetişə bilər.
Hələ yol tamamilə bağlı olanda, avtobus belə işləməyəndə taksi sifariş verənlərə heyran oluram. Taksi necə gələcək ki? "Airbus"du bu?..
Səbir edin, narahat olmayın, onsuz da düzəlməyəcək..."

Geri qayıt