Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Nigar ÖGEDAY
Əsas Səhifə > Köşələr > Nigar ÖGEDAY

Nigar ÖGEDAY


21-04-2025, 12:41
Nigar ÖGEDAY
Görünməz Güc: Çin, Amerika və Dünyanı Səssizcə Necə Əsir Alır?

Forbes jurnalının son hesabatı, Amerikanın müdafiə sənayesində Çin istehsalı komponentlərin nə qədər həlledici rol oynadığını bir daha sübut etdi. ABŞ Silikon Vadisi, PUA (pilotsuz uçuş aparatı) texnologiyalarında önə çıxmaq istəsə də, hava gövdəsindən kameralara, batareyalardan ekranlara qədər demək olar ki, hər hissə Çində istehsal olunur.
Viper adlı hücum PUA-sında Çin mühərriklərinin istifadə olunması ilk olaraq inkar edilsə də, daha sonra etiraf edildi. Anduril şirkətinin rəhbəri videoya baxaraq “Bəs hava gövdəsi haradandır?” sualını verəndə, sistemin tam olaraq Çin parçaları üzərində qurulduğu ortaya çıxdı.
Bəs bu təkcə PUA-larla məhdudlaşırmı? Əsla.
Çinin qlobal gücü yalnız istehsalla deyil, strateji səssizliklə inkişaf edir.
Tramp dövründə “Əvvəl Amerika” şüarı ilə daxili istehsala dönüş cəhdi oldu. Lakin indi görünür ki, bir çox kritik sahələrdə Çin, ABŞ-ı sistemli şəkildə özündən asılı vəziyyətə salıb.
ABŞ-ın bir çox texnoloji şirkəti, o cümlədən Apple, Tesla, Nvidia, Intel – hamısı ya istehsal, ya da təchizat baxımından Çinə birbaşa və ya dolayı şəkildə bağlıdır. Bu asılılıq yalnız texnologiya ilə bitmir:
Dərman sənayesi – ABŞ-da istifadə olunan bəzi əsas antibiotiklərin maddələri yalnız Çində istehsal olunur.
Nadir torpaq elementləri – Elektronika, silah texnologiyaları və hətta yaşıl enerji sistemləri üçün həyati əhəmiyyət daşıyan bu elementlərin %80-dən çoxu Çindən gəlir.
Çip istehsalı və qablaşdırma – Çox sayda çipin son mərhələləri Çin və Tayvan ətrafında tamamlanır.
ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Şurası üzvü Josh Steinman deyir:
“Biz rəqib olaraq gördüyümüz dövlətə kritik sahələrdə demək olar ki, tam asılıyıq.”
Bu nə deməkdir?
Bir gün Çin “İxracı dayandırıram” desə, Amerika iqtisadiyyatının və hərbi gücünün təkərləri dönməyə bilər.
Yatırımçılar xəbərdarlıq edir: “Kəskin şəkildə ayrılmaq ABŞ texnologiya sektorunu çökdürər.”
Forbes-in bu xəbəri, buz dağının yalnız görünən ucudur. Çin, rəqəmsal ipək yolu ilə Asiyadan Afrikaya, Avropadan Latın Amerikasına qədər bütün bölgələrdə infrastruktur, kredit və texnologiya ilə təzyiq gücü yaradır. Çoxu hələ də bunun fərqində deyil.
Çin bir qapalı qutu kimidir. Daxilinə girə bilməzsən, ancaq içindən dünyaya yayılan təsiri hər gün artır. Təkcə iqtisadi güc deyil, strateji sabitlik və texnoloji gələcək də Pekin hökumətinin barmaqları arasında formalaşır.
Amerika bir tərəfdən Rusiyanı zəiflətmək üçün milyardlarla dollar xərcləyir, digər tərəfdən isə sistemini Çin istehsalına təslim etmiş vəziyyətdədir. Bu paradoksal durumun gələcəkdə nə kimi qırılmalar doğuracağını isə zaman göstərəcək.
Çinin “səssiz istilası” artıq başlamışdır. İndi sual budur: Qərb bu istilanı nə zaman və necə anlayacaq?

Geri qayıt