Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələbBu gün, 09:00 |
|
Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası prosesi yenidən müzakirə mövzusuna çevrilib. Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” blokunun fraksiyasının katibi Tiqran Abramyan parlamentin ərazi idarəetməsi, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi məsələləri üzrə daimi komissiyasının iclasında delimitasiya prosesi ilə bağlı açıqlama verib.
O, Ermənistan hakimiyyətini ölkənin hansı əraziləri verməli olduğu barədə deyil, hansı əraziləri almalı olduğu barədə danışmağa çağırıb. “Biz çox şey vermişik, daha verəcək heç nəyimiz yoxdur. Bununla yanaşı, Azərbaycan heç bir güzəştə getməyib. Bizim torpaqlarımız nə vaxt qaytarılacaq?” – deputat bildirib. Qeyd edək ki, Tiqran Abramyanın haqqında danışdığı əraziləri birtərəfli qaydada “Ermənistan torpağı” kimi təqdim etməsi heç bir hüquqi və tarixi əsasa söykənmir. Söhbət Azərbaycanın Ağstafa rayonunun Köhnəqışlaq və Tatlı kəndləri istiqamətində yerləşən, tarixən Azərbaycana məxsus torpaqlardan gedir. Sərhədlərin hansı xətt üzrə müəyyənləşdiriləcəyinə isə ayrı-ayrı deputatların siyasi bəyanatları deyil, delimitasiya komissiyalarının araşdırdığı hüquqi sənədlər və xəritələr əsasında qərar verilə bilər. Abramyanın açıqlaması Ermənistanda hələ də mövcud olan revanşist dairələrin mövqeyini ifadə edir. Bu qüvvələr əsassız ərazi iddialarını yenidən gündəmə gətirməklə həm Nikol Paşinyan hökumətinə təzyiq göstərməyə, həm də Ermənistan cəmiyyətini Azərbaycanla yeni qarşıdurmaya sürükləməyə çalışırlar. Lakin Ermənistanın əvvəlki ərazi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı məlumdur. İrəvanın yeganə rasional seçimi köhnə iddiaları diriltmək deyil, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz qəbul edərək delimitasiya və sülh prosesini davam etdirməkdir. Geri qayıt |