Əsas Səhifə > Ana xəbər / Güney Press > 19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDUBu gün, 15:40 |
|
Vergiləri ödəməyən daha bir sahibkara qarşı iddia qaldırılıb. Lent.az-ın əldə etdiyi xəbərə görə, “Rassa AZ” MMC-nin dövlət büdcəsi və digər faizlərə görə ümumilikdə 6934 manat vergi borcu yaranıb. Dəfələrlə şirkətə bu barədə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək MMC qarşısında iddia qaldırıb. İddiada qeyd olunur ki, ödənişlər tama yerinə yetirilənədək şirkətin qanuni rəhbəri olan 19 yaşlı Əli Muradovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulsun. Məhkəmə bu iddianı təmin edib. Beləliklə, “Rassa AZ” MMC-nin bütün vergi borcları tam ödənilənədək Əli Muradovun Azərbaycandan çıxışına qadağa qoyulub. Geri qayıt |