Əsas Səhifə > Ana xəbər / Güney Press > "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildiBu gün, 12:40 |
|
“PAŞA Həyat Sığorta” ASC-nin Baş icraçı direktoruna (CEO) müşavir təyin edilib. Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Səxavət Həsənova həvalə olunub. Qeyd edək ki, S.Həsənov 2023-2026-cı illərdə “PAŞA Sığorta” Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri olub. 2019-2023-cü illərdə “Kapital Bank” ASC-də, 2013-2019-cu illərdə isə “Unibank” ASC-də filial müdiri olaraq çalışıb. Məlumat üçün deyək ki, “PAŞA Həyat Sığorta”nın CEO-su Ülviyyə Cabbarovadır. Geri qayıt |