Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR-da YENİ KADR TƏYİNATI
SOCAR-da YENİ KADR TƏYİNATIBu gün, 11:44 |
|
SOCAR-da yeni kadr təyinatı həyata keçirilib. "DİA-AZ" xəbər verir ki, Pərvin Mirzəzadə SOCAR-ın Mexanika şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Pərvin Mirzəzadə SOCAR-da təxminən 10 ilə yaxındır fəaliyyət göstərir. O, əmək fəaliyyətinə 2016-cı ildə mexaniki sahə mühəndisi kimi başlayıb. Sonrakı illərdə prosesə nəzarət mühəndisi, qazlift kompressor stansiyasının rəis müavini, Texniki xidmət, etibarlılıq və mexaniki bütövlük departamentinin baş mexaniki kimi müxtəlif vəzifələrdə çalışıb. 2026-cı ilin iyun ayından etibarən isə o, SOCAR-ın Mexanika şöbəsinin müdir müavini vəzifəsini icra edir. Qeyd edək ki, Pərvin Mirzəzadə neft-qaz sənayesində texniki xidmət, etibarlılıq və mexaniki bütövlük istiqamətində uzunmüddətli peşəkar təcrübəyə malikdir. nocomment.az Geri qayıt |