Əsas Səhifə > Ana xəbər / Güney Press > Bəli, nazir Əmrullayev düz deyir...

Bəli, nazir Əmrullayev düz deyir...


Bu gün, 05:05

"Cənab nazir Əmrullayevə müraciət edirəm... dərslikləri, ədəbiyyatı ilk olaraq özün oxu, gör başa düşürsən, ondan sonra da başqasını ittiham et..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Mürtəza Bünyadlı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. "Bu proses məktəbdə formalaşır və çox ciddi problemdir. Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir",- o qeyd edib.
Hörmətli nazir hesab edir ki, guya bunun əsas səbəbi müəllimlərin biliklərinin yetəri səviyyədə olmaması ilə bağlıdır.
Bəli, nazir Əmrullayev düz deyir. Amma və lakin... İlk tövsiyəmiz nazirin özünədir. Azərbaycan məktəbləri üçün hazırlanan dərsliklərə diqqət yetirsin, şagirdləri, müəllimləri demirəm, görüm özü həmin dərslikləri neçə dəfə oxuduqdan sonra oxuduğunu başa düşəcək...???!! Ondan sonra cənab Əmrullayev başqasına irad tutsun.
Cənab nazir dərsliklər, ədəbiyyat elə bərbad vəziyyətdə hazırlanır ki, onu anlamaq üçün gərək əlavə vəsait oxuyasan sonra da nə deyildiyini anlayasan.


Geri qayıt