Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edibBu gün, 16:10 |
|
Ermənistan Rusiyanın bir sıra erməni mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayət edib. Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib. Onun sözlərinə görə, İrəvan hesab edir ki, məhdudiyyətlər Aİİ-nin prinsiplərinə və sazişlərinə uyğun deyil. Qasparyan həmçinin ticarət maneələrinin aradan qaldırılması üçün ittifaqın nəzərdə tutduğu mexanizmlərin işə salınacağına ümid etdiyini bildirib. Geri qayıt |