Əsas Səhifə > Ana xəbər / Güney Press > “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinatBu gün, 12:27 |
|
“Azərpoçt” MMC-nin Xəzinədarlıq departamentinin rəisi vəzifəsinə təyinat olub. "DİA-AZ" xəbər verir ki, Fərəc Axundov “Azərpoçt” MMC-nin Xəzinədarlıq departamentinin rəisi vəzifəsinə təyin olunub. O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin aprel ayına kimi “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru vəzifəsində çalışıb. Fərəc Axundov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra təhsilini 2011–2013-cü illərdə həmin universitetdə davam etdirərək İqtisadi kibernetika ixtisası üzrə magistr dərəcəsinə yiyələnmiş və 2014–2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini əldə etmişdir. Geri qayıt |