Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdiBu gün, 17:56 |
|
“Şəki Dövlət Regional Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şərifov Sərdar Ənvər oğlu vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Qeyd edək ki, 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi nəticəsində Şəki Dövlət Regional Kolleci yaradılıb. Həmin ildən kollecin direktoru vəzifəsində çalışan Sərdar Şərifov Baş nazirin sabiq müavini Abid Şərifovun qardaşı oğludur. Geri qayıt |