Əsas Səhifə > Ana xəbər / Güney Press > “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinatBu gün, 10:09 |
|
“PAŞA Maliyyə Holdinqi” MMC-də (PASHA Financial Holding) İstedadların idarə edilməsi və inkişafı üzrə icraçı direktor vəzifəsinə təyinat olub. Banker.az xəbər verir ki, bu vəzifə Fatimə Tağıyevaya həvalə edilib. Fatimə Tağıyeva 2024-cü ilin iyul ayından 2026-cı ilin sentyabr ayına kimi Agro Dairy Qrupunun İnsan Resursları üzrə Baş Direktoru (CHRO) kimi çalışıb. Agro Dairy Qrupuna qoşulmazdan əvvəl Fatimə Tağıyeva “PASHA Management Company” (PMC) şirkətində iki ildən artıq müddətdə HR Transformasiya Direktoru (Ventures) kimi fəaliyyət göstərmişdir. Bundan öncə isə BP şirkətində karyera yolu keçmiş, burada insan resursları sahəsində təcrübə toplamış və təxminən 6 il müddətində əmək münasibətləri üzrə fəaliyyət göstərmişdir. Fatimə Tağıyeva İnsan Resurslarının İdarə Edilməsi üzrə CIPD Associate diplomuna və Azərbaycan Dillər Universitetinin bakalavr dərəcəsinə malikdir. Geri qayıt |