Əsas Səhifə > Ana xəbər / Güney Press > Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi...
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi...Bu gün, 08:40 |
|
Ermənistanın Sünik(Zəngəzur ərazisi) vilayətinin Azərbaycan Respublikasının Laçın rayonu ilə həmsərhəd Tex(Dığ) kənd icması Həkəri körpüsü yaxınlığında Azərbaycan tərəfinin irəliləməyə çalışması və bunun Ermənistan sərhədçiləri tərəfindən qarşısının alınması barədə yayılan məlumatı təkzib edib.
İlkin məlumatı Ermənistanın rusiyapərəst və revanşist dairələrinin himayə etdiyi “Aravot” qəzeti yayıb. Nəşr Tex icması rəhbərinin müavini, Kornidzor kəndinin rəhbəri vəzifəsini icra edən Suren Amaryana istinadla yazıb ki, Həkəri körpüsü, yəni "Laçın" sərhəd-keçid məntəqəsi yaxınlığında delimitasiya ilə bağlı problem var. Amaryanın sözlərinə görə, Azərbaycan tərəfi irəliləmək istəyir, Ermənistan tərəfi isə buna imkan vermir. O, ərazidə atəş açılmadığını və məsələ ilə sərhəd qoşunlarının məşğul olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan hakimiyyət dairələrinə yaxın “Armtimes” nəşri məlumat yayıb. Nəşr Tex icmasının açıqlamasına istinadən yazıb ki, “Aravot” qəzetinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Tex icmasının yaydığı açıqlamada bildirilir ki, Suren Amaryana səhər saatlarında yaxınlaşan şəxslər özlərini Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları kimi təqdim ediblər. Sonradan isə onların “Aravot” qəzetinin əməkdaşları olduğu məlum olub.
İcma administrasiyası həmçinin qeyd edib ki, Amaryanın söhbət zamanı bəhs etdiyi hadisə 4 il öncə baş verib. Hazırda isə Həkəri körpüsü yaxınlığında hər hansı irəliləmə, sərhədi keçmək cəhdi və ya buna bənzər insident qeydə alınmayıb.
Açıqlamada Ermənistanın suveren sərhədlərinin Silahlı Qüvvələr və sərhəd qoşunları tərəfindən sutka ərzində qorunduğu vurğulanıb.
Tex icması həmçinin KİV-i dezinformasiya yaymamağa və yalnız rəsmi informasiya mənbələrinə istinad etməyə çağırıb.
Bununla yanaşı, Ermənistan mediasında Suren Amaryanın məsələ ilə bağlı sonrakı açıqlaması da yayılıb. O, söhbətin hazırkı vəziyyətdən deyil, 4 il əvvəl baş vermiş hadisədən getdiyini bildirib. Amaryanın sözlərinə görə, hazırda Kornidzor(Gorunzur) kəndi istiqamətində vəziyyət sakitdir və Azərbaycan tərəfinin irəliləməsi, atəş açılması və ya Ermənistan sərhədçiləri ilə qarşıdurma baş verməyib.
Beləliklə, Ermənistan mediasında əvvəlcə Azərbaycan tərəfinin Həkəri körpüsü yaxınlığında irəliləməyə çalışdığı barədə yayılan məlumat sonradan Teğ icması tərəfindən təkzib edilib. İcmanın rəsmi mövqeyinə görə, söhbət hazırkı vəziyyətdən yox, 4 il əvvəl baş vermiş hadisədən gedir.
Zəruri şərh:
Təəssüf ki, Azərbaycan-Ermənistan sərhədində "Laçın" keçid məntəqəsi yaxınlığında guya gərginlik yaranması haqda sözügedən dezinformasiya araşdırılmadan Azərbaycanın bəzi saytlarında da nəşr edilib...
Yazılarımızdan birində 31 avqust və 1 sentyabr tarixlərində Bişkekdə keçirilmiş ŞƏT sammitində Rusiya prezidenti V.Putinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərindən sonra Rusiya xüsusi xidmət orqanlarının siyasi meydanda, xüsusən də Ermənistan ordusundakı gizli şəbəkələr vasitəsilə Azərbaycan-Ermənistan sərhədində süni gərginlik və nəticədə silahlı qarşıdurma yaratmaq cəhdləri haqda xəbərdarlıq etmişdik. Həmkarlarımızı belə bir həssas məqamda həddindən artıq diqqətli olmağa erməni, həmçinin digər xarici KİV-də dərc edilmiş və bölgədə düşmən məqsədlərinə xidmət edən süni gərginlik yaratmağa yönəlmiş məlumatları ciddi şəkildə araşdırıb təhlil etmədən yaymamağa çağırırıq....
Geri qayıt |