Əsas Səhifə > Ana xəbər / Güney Press > Kredit kartları ilə əməliyyatlar niyə azalıb?

Kredit kartları ilə əməliyyatlar niyə azalıb?


Bu gün, 13:06

Azərbaycanda bank kartları vasitəsilə həyata keçirilən əməliyyatların ümumi həcmində artım dinamikası davam edir.

2026-cı il avqustun 1-nə ölkədə debet və kredit kartları ilə aparılan əməliyyatların ümumi məbləği 14 milyard 228 milyon manata çatıb.

Bu, 2025-ci ilin eyni dövrü (13 milyard 331 milyon manat) ilə müqayisədə 897 milyon manat və ya 6,7 % çoxdur.

Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların həcmi illik müqayisədə 8 % (999 milyon manat) artaraq 13 milyard 524 milyon manata yüksəldiyi halda (ötən il: 12 milyard 525 milyon manat), kredit kartları ilə əməliyyatların həcmi 12,8 % (103 milyon manat) azalaraq 703 milyon manata düşüb (ötən il: 806 milyon manat).

Kredit kartları ilə əməliyyatların azalmasında hansı amillər rol oynayır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, səbəb problemli kreditlərin artması, bankların kredit kartlarının verilməsində ehtiyatlı davranmalarıdır:

"Yəni kredit kartlarını az verirlər. Həmçinin kredit kartlarını verəndə də vətəndaşlar əməliyyat aparmırlar, nağdlaşdırıb çıxarırlar.

Beləliklə, konkret səbəb kredit kartlarının azalması, yaxud da məbləğlərin azlamasıdır. Ola bilər ki, kart verilir, ancaq məbləğlər azdır, banklar daha ehtiyatlı davranırlar".


Geri qayıt