Əsas Səhifə > Ana xəbər / Güney Press > Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur...
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur...Bu gün, 07:07 |
|
2025-ci ildə Azərbaycanda 59 834 ölüm halı qeydə alınıb.
Bu insanların 22 361 nəfəri 65 yaşına çatmamış ölüb. Yəni ölənlərin 37,4 faizi hələ pensiya yaşına çatmamışdı. Pensiya yaşına çatdıqdan 1-2 il sonra nə qədri ölüb, onun rəqəmlərini tapa bilmədim.
İşlə, vergi ver, savaşda iştirak et, tik, neft çıxart, uşaq böyüt və rahatlıq görmədən dünyadan köç.
İsveçdə pensiya yaşına çatmadan ölənlər sadəcə 10%-dir, İtaliya 11%, Fransa 13%, Almaniya 15%. Təsəlli tapmaq üçün qonşulara baxdım: Türkiyə 23%, Gürcüstan 28%, Ermənistan 30% ətrafındadır.
Ölüm sayı niyə belə yüksəkdir?
1. Stress burada ən böyük amillərdən biridir. Azərbaycan stresli, əsəbi ölkədir. İş stresi, küçə stresi, maddi problemlər, gündəlik gərginlik...
Stresi atmaq üçün nə kifayət qədər parkımız, nə də insanların pulsuz dincələ biləcəyi normal ictimai məkanlarımız var.
2. Digər böyük problem isə erkən diaqnostikadır. İnsanların bir hissəsinin vaxtında müayinəyə, xəstəliklərin erkən aşkarlanmasına və müalicəsinə maddi imkanı çatmır. İnsan yıxılandan sonra həkimə gedir və məlum olur ki, şiş artıq müalicəsi çox çətin mərhələyə çatıb.
3. Keyfiyyətsiz və sağlamlığa zərərli qidalanma haqqında ayrıca kitab yazmaq olar deyə uzatmıram.
Orxan Atabəy - "DİA-AZ"
Geri qayıt |