Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək

“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək


Bu gün, 10:34

19 oktyabr 2026-cı il saat 11.00-da “Azinşaat Servis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

"DİA-AZ" xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin direktorlar (müşahidə) şurasının sədrinin və üzvlərinin seçilməsi.

2. Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsinin müzakirəsi və təsdiqi.

3. 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi.

4. Digər məsələlər.

Xatırladaq ki, “Azinşaat Servis” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 171 836 manatdır və qanuni təmsilçisi Fuad Vəliyevdir.


Geri qayıt