Əsas Səhifə > Ana xəbər / Güney Press > Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq

Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq


Bu gün, 10:14

Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdən qayıtdıqdan sonra komandasının üzvlərinə xəbərdarlıq edib ki, heç kim Rusiya mövzusunda açıqlamalar vermək hüququnun olduğunu düşünməsin.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.

Nəşrin yazdığına görə, hökumət başçısı komanda yoldaşlarına belə bir təlimat verib:

“Kim nə vaxt nə danışacağını bilir. Sizin Rusiyanı mənasız şəkildə təhqir etməyinizin heç bir faydası yoxdur, öz işinizlə məşğul olun”.

Xatırladaq ki, Ermənistan Baş naziri sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.


Geri qayıt