Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağ Qazisinə qalxan KAFİR ƏLLƏR...
Qarabağ Qazisinə qalxan KAFİR ƏLLƏR...Bu gün, 06:40 |
|
Qarabağın işğaldan azad edilməsində göstərdiyi qəhrəmanlıqlara görə bir neçə orden və medalla təltif olunan, “Çevik” ləqəbli qazimizi bu vəziyyətə salanların özünü dindar hesab edən insanlar olması olduqca acınacaqlı mənzərədir.
Bu hadisə bir daha göstərir ki, Azərbaycanda dinin mahiyyəti ilə dini özünə sipər edənlər arasında ciddi fərq var. Özünü dindar adlandıranların bir qismi İslamın mərhəmət, ədalət, haqq və insanlıq prinsiplərindən çox, müxtəlif şəxslərin və ideoloji cərəyanların təsiri altındadır.
Bəziləri Əbdülvahhabın, bəziləri isə Xomeyninin ideoloji davamçısına çevrilib. Nəticədə ortada nə İslamın əxlaqı qalır, nə də dinin insanı yaxşılığa, mərhəmətə və ədalətə çağıran mahiyyəti.
Əgər özünü dindar adlandıran bir insan Qarabağ qazisinə hörmət göstərmək əvəzinə ona zülm edirsə, burada ilk növbədə həmin insanın din anlayışını sorğulamaq lazımdır. Çünki din insanı vəhşiləşdirməməli, insaniləşdirməlidir; nifrət yaratmamalı, mərhəmət yaratmalıdır.
Qazi anlayışı isə siyasi, məzhəbi və ideoloji mənsubiyyətdən üstün tutulmalıdır. Çünki bu insanlar bu ölkənin torpaqları uğrunda döyüşüb, canlarını ortaya qoyublar. Onların haqqını tapdalayan hər kəs, hansı din pədəsi arxasında gizlənməsindən asılı olmayaraq, cəmiyyət qarşısında cavab verməlidir.
Din vicdan, əxlaq anlayışıdır. Bir qazini bu hala salanın isə nə əxlaqı var, nə vicdanı.
Zülfüqar Xeyirxəbərov - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...
Geri qayıt |