Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı

“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı


Bu gün, 12:50

“Azərpoçt”un Risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlov vəzifəsindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Adıgözəlov öz istəyi ilə vəzifəsindən azad olunub.

O, bu qurumdan ayrıldıqdan sonra “AzerGold”da Risklərin idarə edilməsi üzrə rəhbər vəzifəsində fəaliyyətə başlayıb.

Qeyd edək ki, E.Adıgözəlov 2022-ci ildən bu vəzifədə çalışırdı. O, həmçinin bir müddət “Azərpoçt”un İdarə Heyətinin üzvü vəzifəsini də icra edib. E.Adıgözəlov 2020-ci ildən isə “Azərpoçt”da şöbə müdiri vəzifəsində işləyib.


Geri qayıt