Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və...

Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və...


Bu gün, 09:50

"Mən səhvən öz ABB kartım əvəzinə sonuncu dəfə pul göndərdiyim Bolt sürücüsünün kartına 633 ABŞ dolları məbləğində pul köçürmüşəm.

Birbank ilə əlaqə saxlamışam, lakin bildiriblər ki, pulun geri qaytarılması həmin şəxsin insafına qalıb. Təəssüf ki, Bolt tətbiqindən sürücünün telefon nömrəsini tapa bilmədim..." "DİA-AZ" xəbər verir ki, bu barədə Zəhra Üzeyirli adlı sosial şəbəkə istifadəçisi öz hesabında paylaşım edərək müraciət ünvanlayıb.
Müraciətdə daha sonra deyilir: "Sürücünün adı Ceyhundur, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı isə 90-YX-437-dir.
Əgər Ceyhun bəy bu paylaşımı görürsə, xahiş edirəm, səhvən göndərdiyim 633 ABŞ dollarını geri qaytarsın. Təbii ki, bu yaxşılığını nəzərə alacağam.
Səhvən pul göndərdiyim ABB kartının nömrəsi:
5522 0993 6093 7528
Əgər sürücü ilə əlaqə saxlamağın hər hansı yolunu bilən varsa və ya Birbank vasitəsilə müraciətin nəticəsini 30 gün gözləmədən məsələni həll etməyin mümkün olub-olmadığını bilən varsa, zəhmət olmasa, mənə yazsın.
Əvvəlcədən təşəkkür edirəm...."

Geri qayıt