"DİA-AZ" Nocomment.az-a istinadən xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tünzalə Muradova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Strateji Planlaşdırma Departamentinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tünzalə Muradova bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyində Beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışıb.