Əsas Səhifə > Ana xəbər / Güney Press > Revanşistlərin “separatçı sevgisi”
Revanşistlərin “separatçı sevgisi”Bu gün, 15:58 |
|
Son bir neçə gün ərzində Ermənistan və onun hüdudularından kənarda revanşist düşüncəli, habelə daşnaklara bağlı dairələr Bakıda həbsdə olan separatçılarla bağlı kampaniya başladıblar. Tribuna.az xəbər verir ki, bu qrupun məqsədi kənar təzyiqlər yaradıb, Azərbaycandan həmin cinayətkarları geri almaqdır. Belə ki, erməni lobbisi və daşnakların təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində 31 avqust – 4 sentyabr tarixlərində separatçılara həsr olunmuş sərgi keçiriləcək. Təşəbbüs Paris Bələdiyyəsinə və Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasına (CCAF) məxsusdur. Məqsəd Azərbaycan tərəfindən guya, Qarabağdan könüllü köçmüş ermənilərinin “zorakılığı və məcburi köçürülməsinin” nümayiş etdirilməsidir. Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend isə “ForbesWomen” jurnalısna müsahibəsində deyib ki, guya, səfərləri humanitar məqsəd daşıyır. “Məqsəd Azərbaycan Respublikasının Ombudsmanı ilə görüşmək, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarını ziyarət etmək və onlara qohumlarının məktublarını, fotoşəkillərini və icazə verilən şəxsi əşyalarını ötürməkdir”. Onun iddiasına görə, Bakıya səfərinin qeyri-müəyyən qalması guya, təhlükəsizlik məsələsi ilə bağlıdır. “Bir çox potensial iştirakçı artıq mənim Bakıya getmək çağırışıma cavab verib. Amma hamı təhlükəsizliklə bağlı suallar verir. Azərbaycanda məhkəmə proseslərinin necə keçdiyinə və məhbusların nədə ittiham olunduğuna əsasən, Qarabağa səfər etmiş hər kəsi həbs edə bilərlər”. Zenobend yekunda qeyd edib ki, Azərbaycan tərəfi üçün nümayəndə heyətiminin səfəri sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr dövründə əsl xoşməramlılığı nümayiş etdirmək üçün bir fürsət ola bilər. Bu əsnada məlum olub ki, Bakıda mühakimə olunaraq, cəzalandırılmış erməni separatçılarının işindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib. Şikayəti edən tərəf isə vəkil, Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri Siranuş Saakyandır. P.S. Daşnak və revanşistlərin dərdi Bakıda cəza çəkən separatçılar deyil. Bu, onlar üçün sadəcə bir vasitədir. Bu qruplaşmanın dərdi Ruben Vardanyandan necə pul qoparmaq və bir-iki separatçını Bakıdan alaraq, İrəvana aparmaqla siyasi xal qazanmaqdır. Lakin bu ağılsızlar anlamırlar ki, Azərbaycan hansısa 5-6 oğru-quldurun sözü ilə öturub, duracaq dövlət deyil. Bu cəhdlərinin də faydası yoxdur. Geri qayıt |