Əsas Səhifə > Ana xəbər / Güney Press > Müharibə veteranına verilən söz yerinə yetirilməyib...
Müharibə veteranına verilən söz yerinə yetirilməyib...Bu gün, 08:14 |
|
"Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Naib Əlizadə və İdarə Heyəti sədrinin müavini Həsən Abbasov Birinci Qarabağ müharibəsi veteranı, hər iki ayağı amputasiya olunmuş istedadlı rəssam Şəmsəddin Böyükdüzlünün kömək çağırışına hələ də biganə qalır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal, şəhid qardaşı Elyar İslamoğlu qeyd edib.
O daha sonra bildirir: "Şəmsəddin müəllim zəng etmişdi, xəstəxanada evə buraxılacaq.
Amma ona ayaq protezi və əlil arabası ilə təmin olunacağına verilən söz yerinə yetirilməyib. O, bu gün həyatını məhdudiyyətlərlə davam etdirən bir müharibə veteranıdır və dövlətin, cəmiyyətin diqqətinə, qayğısına hər bir vətəndaş kimi layiqdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, onların problemlərinin həlli və layiqli həyat şəraitinin təmin olunması ilə bağlı aidiyyəti qurumlara davamlı tapşırıqlar verir. Dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri Vətən uğrunda canından, sağlamlığından keçmiş insanlara və şəhid ailələrinə hərtərəfli qayğı göstərməkdir.
Belə bir dövlət siyasətinin fonunda Birinci Qarabağ müharibəsi veteranı Şəmsəddin Böyükdüzlünün protez və əlil arabası ilə təmin olunması kimi vacib məsələnin yubadılmaması xüsusilə önəmlidir.
Naib Əlizadə və Həsən Abbasov,
verdiyiniz sözü tutun, Şəmsəddin Böyükdüzlünün müraciətinə biganə qalmayın. Onun gözləntisi sadəcə bir yardım deyil, illər əvvəl Vətən uğrunda mübarizə aparmış bir qaziyə göstərilən diqqət və dövlət qayğısının real ifadəsidir..."
Video BURADA:
Geri qayıt |