Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ


Bu gün, 16:28

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, nazir Adil Kərimlinin əmri ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəzifəsindən azad olunaraq Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Vüsal İbrahimov iki ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.

Quba-Xaçmaz Regional idarənin rəisi vəzifəsini müvəqqəti olaraq müavini Fuad Orucov əvəz edir.


Vüsal İbrahimov yeni regional idarəyə rəhbər təyin olunduğunu təsdiqləyib. O, iyulun 25-də Milli Mətbuat günü ilə bağlı bölgənin media təmsilçiləri ilə görüşmüşdü.


Geri qayıt