Əsas Səhifə > Ana xəbər / Güney Press > Vətəndaş “Expargo”dan şikayət etdi:
Vətəndaş “Expargo”dan şikayət etdi:Bu gün, 11:28 |
|
Vətəndaş “Expargo” kargo şirkətindən şikayətçidir. Gununsesi.info xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edib. “24 avqust tarixində “Expargo” kargo şirkətinin 28 May filialına “Temu”ya geri qaytarmaq üçün iki qutuda 4 məhsul apardım və 3-nün birlikdə, birinin isə təklikdə qaytarılacağını bildirdim. Bunlar qaytarma barkodunu oxudub geri qaytardıqları üçün hansı məhsulun kimin adına, necə qaytarılmalı olduğunu bildiklərini düşündüm. Onlar da hansı məhsulun hansı ilə qayıtmalı olduğunu soruşmadıqları üçün verdikləri qaytarma barkod kağızlarını alıb, telefonumda da özlərinin çəkdiyi məhsulun üstündəki barkod şəkilləri ilə geri qayıtdım. Elə həmin gün tək olan məhsul üçün “Temu” balansına məbləğ geri qayıtdı. Başqa vaxt bir həftədən çox çəkən geri qaytarma işi bu dəfə, nə əcəbdirsə, 2 gün sonra baş tutdu və digər 3 məhsulun ikisi üçün geri ödəniş edildi. Bir məhsul üçün isə anbara daxil olmadığını bildirərək geri ödəniş etmədilər. Dəfələrlə “Temu” dəstək xidmətinə və “Expargo” şirkətinin mobil tətbiqdə dəstək xidmətinə, “Facebook” hesabına, “Instagram” hesabına və elə filiallarının özünə də müraciət etsəm də, məhsulun harada olduğunu deyən yoxdur. “Expargo” şirkəti öz işçi səhvini mənim üstümə ataraq, işçinin səhvən barkodu vurduğunu, bunu mənim bildirməli olduğumu deyir və məhsulla maraqlanmır. “Temu” da bütün kodları, şəkilləri atmağıma baxmayaraq, ancaq standart məktubla cavab verərək yola verir ki, məhsul anbara çatdırılmadığı üçün geri ödəniş etmirik. Qeyd edim ki, məhsulun təxmini dəyəri 190 AZN idi. Bu barədə “Expargo” şirkətindən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə artıq 2 dəfə “Gmail” və 1 dəfə də rəsmi sayt üzərindən şikayət məktubu yazdım. Ümid edirəm, müsbət nəticə alaram.” Geri qayıt |