Əsas Səhifə > Ana xəbər / Güney Press > “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub

“BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub


Bu gün, 17:34

“BakuBus” MMC-nin Gəncə Avtoparkına yeni rəis təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə İlham Rüstəmov təyinat alıb.

Xatırladaq ki, “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışı ötən il olub. Üç yüz yerlik avtobus parkının ümumi sahəsi 10 hektardır və parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.

“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərir. Şəhərə marşrut xəttinə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus cəlb edilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.


Geri qayıt