Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan Azərbaycana müharibə elan edir?
Ermənistan Azərbaycana müharibə elan edir?Bu gün, 16:21 |
|
“Anklavları Azərbaycan ərazisinin bir hissəsi kimi tanımaqdan imtina etmək həmin dövlətə qarşı müharibə elan etmək demək olardı”. “Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, Ermənistanın 29743 kvadrat kilometr ərazisi beynəlxalq səviyyədə tanınır. Bu əraziyə üç anklav daxil deyil. Lakin Nikol Paşinyan Gədəbəy rayonunun Başkənd kəndini bura aid edilməsinə qarşı çıxıb. “Əgər Ermənistan bu anklavları öz ərazisinin bir hissəsi kimi tanıyırsa, bu, o deməkdir ki, ölkənin ümumi sahəsi artıq 29743 kvadrat kilometr deyil, məsələn, 29755 kvadrat kilometrdir ki, bu da Azərbaycana birbaşa müharibə elan edilməsi deməkdir. Bu, münaqişə potensialını əhəmiyyətli dərəcədə artırır. Müxalifətin daha bir xəyanət, ərazi təslimiyyəti və sair iddialarına baxmayaraq, özümüzdən soruşmalıyıq ki, niyə Ermənistan hakimiyyəti bu addımı atır. Biz mazoxistikmi? Bütün bunlar təhlükəni idarə etmək üçün deyil, onu neytrallaşdırmaq üçün edilir”, - deyə Nikol Paşinyan bildirib. O əlavə edib ki, həm Ermənistan daxilində, həm də ondan kənarda vəziyyəti gərginləşdirmək üçün mövcud sülhü pozmağa çalışan qüvvələr var. “Mən bu gərginliyi aradan qaldırmağa çalışıram ki, bu məsələdə eskalasiya olmasın”, - deyə Baş nazir vurğulayıb. Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasında problemlər olsa da, anklavlar hazırda Azərbaycanla münasibətlərdə problem deyil. “Əgər biz Kərkidən danışmasaq, bu, o deməkdir ki, biz Cermuk bölgəsindəki işğal olunmuş əraziləri tərk edirik. Bu, münaqişənin prinsipidir. Bu problem artıq aradan qaldırılıb. Anklavlar və eksklavlar sülhü məhv etmək planının qurulacağı sonuncu mövzudur. Hazırda heç bir müzakirə yoxdur”, - deyə Paşinyan əlavə edib. Qeyd edək Azərbaycanın dörd kəndi işğal altında olsa da, Nikol Paşinyan onların sayının üç olduğunu deyir. Bunlar Sədərək rayonun Kərki, Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləridir. Lakin Paşinyanın açıqlamasını şərh edən Ermənistan mediası işğal altında qalan anklavları sadalayan zaman Sofulu kəndinin adını çəkməyib. Bu isə iki səbəblə izah oluna bilər. Ya Ermənistan Sofulu kəndinə ərazi iddiası irəli sürür, ya da sözügedən yaşayış məntəqəsini Gədəbəyin Başkənd kəndi ilə dəyişmək niyyətindədir. Bu isə Azərbaycana qarşı Paşinyanın özünün dedidyi kimi, müharibə elan etmək deməkdir. Ona görə də Ermənistan işğal altındakı yaşayış məntəqələrini qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Digər tərəfdən, Sofulu kəndi Azərbaycana qaytarılmasa, Bakı-Qazax-İcevan (Karvansaray) dəmir yolu xətti açıla bilməz. Ermənistanın ərazisinin ümumi sahəsi isə yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra məlum ola bilər. Geri qayıt |