Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər?
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər?Bu gün, 07:59 |
|
Maraqlıdır, Azərbaycanda belə bir sistem tətbiq oluna bilərmi? Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, bu prosesə keçməyin artıq vaxtı çatıb: "Biz çoxdan bu sistemə keçməliydik. Yəni dünyanın əksər ölkələrində bu addımlar atılır. Ümumiyyətlə, bu gün getdikcə universitetlər qısamüddətli kurslara rəqabətdə uduzur. Artıq heç kimin həvəsi yoxdur ki, gedib 4 il universitet oxusun, diplom alsın". Onun sözlərinə görə, getdikcə magistraturaya gələnlərin sayında azalma olduğu kimi, bakalavriatda da azalma olacaq və gənclər daha çox gedib qısamüddətli kurslarda təhsil alaraq əmək bazarına çıxmağa çalışacaqlar: "Ona görə biz bu prosesi sürətləndirməliyik. Mütləq şəkildə Azərbaycanda bakalavr təhsili 3, magistratura təhsili 1 ilə enməlidir. Bunu etməsək, qarşıdakı dövrdə bizim təhsilimizdə çox ciddi təhdidlər gözləyir və universitetlərimiz birdən ciddi çağırışlarla üz-üzə qalacaqlar. Bir də görəcəklər ki, ümumiyyətlə, qəbul planlarında ciddi problemlər var və qəbul planları dolmur. Yəni bunu biz düşünməliyik. Bunun üçün isə, təbii ki, eyni zamanda qanunvericilik təkmilləşməlidir, “Ali təhsil haqqında” qanun qəbul edilməli, həyata keçirilməlidir". Geri qayıt |