Əsas Səhifə > Ana xəbər / Güney Press > Prorektorun vəzifəsi ləğv edildi

Prorektorun vəzifəsi ləğv edildi


Bu gün, 12:31

Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsi ləğv edilib.

Qaynarinfo-nun məlumatına görə, Rəşad Yavər oğlu Əliyev ləğv edilən Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsindən azad olunub.

O, AzTU rektorunun müşaviri təyin edilib. Bu barədə rektor Vilayət Vəliyev əmr imzalayıb.

Rəşad Əliyev

Bu ilin iyun ayında elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Texniki Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov vəzifəsindən azad edilib. Digər əmrlə o, AzTU-nun Tədris məsələləri üzrə prorektoru təyin olunub.

Sübhan Namazov

Mart ayında isə AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi ləğv edilib. Prorektor Nərmin Eldar qızı Rzayeva rektorun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri təyin olunub.


Geri qayıt