Əsas Səhifə > Ana xəbər / Güney Press > Rüfət Əzizov onu direktor təyin etdi
Rüfət Əzizov onu direktor təyin etdiBu gün, 11:34 |
|
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub. “Unikal"ın məlumatına görə, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib. Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb. Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir. Geri qayıt |