Əsas Səhifə > Ana xəbər / Güney Press > Elmin bağbanı AĞAC SULAYAN dəyərində...
Elmin bağbanı AĞAC SULAYAN dəyərində...Bu gün, 06:46 |
"Bağda ağacları sulayırdım. İşim uzun idi. Amma mağazadan alacaqlarım da var idi. Mağaza 300-400 metrlik məsafədə olduğundan vaxt itirməmək üçün oraya elə iş geyimində yollandım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, tanınmış filologiya elmləri doktoru və professor Həbib Zərbəliyev qeyd edib.O daha sonra başına gələnləri belə nəql edir: "Yolda arxadan gələn bahalı bir maşın mənə çatdıqda saxladı və başını pəncərədən çıxarıb soruşdu: “Burada işləyirsən?”. “- Hə, bağ sulayırdım”, - dedim. “Ayda 400 manata mənə bağbanlıq edərsən?” - deyə yenə soruşdu. Gülümsünərək “Bir professora bağbanlıq etdirməyə ayda 400 manat az deyilmi? - dedim. O, bir anlıq duruxdu. Sonra heç nə demədən maşınını sürüb getdi. Mən də niyə bizdə insana geyiminə görə giymət vermək ənənəsinin hələ də qaldığını düşünə-düşünə yoluma davam etdim. O bahalı maşın sahibinin dediklərinə isə heç də təəccüblənmədim, çünki dövlətimin öz professorlarına verdiyi qiymət bundan o qədər də fərqlənmir..."
Geri qayıt |