Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olubBu gün, 17:49 |
|
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib. "Report"un əldə etdiyi məlumata görə, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub. Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib. Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub. Komitədən "Report"a məlumatı təsdiqləyiblər. Geri qayıt |