Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda maşın sürmək lüksə çevriləcək?
Bakıda maşın sürmək lüksə çevriləcək?Bu gün, 12:52 |
|
Bakıda nəqliyyat sıxlığının azaldılması və ictimai nəqliyyatın təşviqi məqsədilə paytaxtda ödənişli hərəkət zonalarının yaradılması gündəmə gəlib. Bununla bağlı artıq hazırlıq işlərinə başlanılıb və AYNA texniki məsləhət xidməti almaq üçün İspaniyanın “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə 307 min manatlıq müqavilə imzalayıb. Yeni sistemin tətbiqi avtomobillərin şəhərin müəyyən ərazilərinə girişinin ödənişli olmasını nəzərdə tutur. Toplanan vəsaitin isə ictimai nəqliyyatın inkişafına yönəldilməsi planlaşdırılır. Bəs Bakıda ödənişli hərəkət zonalarının tətbiqi tıxac probleminin həllinə nə qədər kömək edə bilər? Bu sistem sürücülərin avtomobildən istifadəsini azaldacaq, yoxsa əlavə maliyyə yükü yaradacaq? Həmçinin paytaxtın hansı ərazilərində belə zonaların tətbiqi daha məqsədəuyğun olardı? Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Musavat.com-a danışıb. Ekspert deyib ki, bu məsələ çoxdan müzakirə olunur: "Ümumiyyətlə, tıxacın və nəqliyyat sıxlığının qarşısını almaq üçün müxtəlif vasitələr var. Bu vasitələrdən biri də müəyyən zonalara girişin ödənişli edilməsidir. Buna bəzən “tıxac vergisi” də deyilir. Burada əsas məqsəd vəsait toplamaq deyil, məhz nəqliyyat sıxlığının qarşısını almaqdır. Müsahibimiz qeyd edib ki, burada məqsəd bölgələrdən gələn insanları vergiyə cəlb etmək və onların şəhərə girişinə mane olmaq deyil. Əsas hədəf alternativ nəqliyyat vasitələrindən istifadəyə təşviq etməkdir. Geri qayıt |