Əsas Səhifə > Ana xəbər / Güney Press > Vardanyanın arvadı Bakıya gələ biləcəkmi?

Vardanyanın arvadı Bakıya gələ biləcəkmi?


Bu gün, 12:03

Bir xeyli müddətdir bir qrup erməıni qadınla Bakıya gəlmək istəyən Veronika Zonabend dünən Ermənistan XİN-də olub.

Tribuna.az xəbər verir ki, Bakıda həbsdə olan Ruben Vardanyanın arvadı bir sıra məsələləri müzakirə edib.
Məlumatda deyilir ki, nazirlik Zonabendin təkliflərini dinləyib. Lakin prosesə dəstək verib, verməyəcəyi barədə məlumat yoxdur.
Bu əsnada, proseslə bağlı iki hadisə daha baş verib. Belə ki, dünən BQXK Azərbaycana gəlmək fikrində olan ermənilərə səfərdə vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
Ermənistan XİN isə “Sputnik Armenia”yanın sorğöusuna cavab olaraq bildirib ki, Ermənistan konsulluq səfəri təşkil etmək və Bakıdakı erməni məhbusları ziyarət etmək üçün üçüncü, neytral ölkəyə müraciət edib. “Lakin belə bir səfərin təşkili üçün Bakının razılığı tələb olunur. XİN hansı ölkəyə müraciət etdiklərini dəqiqləşdirməyib”.
Qeyd edək ki, Zonabend bir qrup erməni qadınla Bakıya səfər edərək, təkcə əri Vardanyanla deyil, digər erməni məhbuslarla görüşmək fikrindədir. Bundan başqa, həmin heyət Azərbaycanda insan haqları ilə bağlı şəxslərlə də görüşmək fikrindədirlər. Bu sırada Azərbaycan Ombudsmanı ilk sırada dayanır.


Geri qayıt