Əsas Səhifə > Ana xəbər / Güney Press > Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon uddu
Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon udduBu gün, 11:52 |
|
Kanadanın Toronto şəhərinin North York bölgəsində yaşayan, əslən Azərbaycandan olan Solmaz adlı qadın LOTTO 6/49 lotereyasında 1 milyon dollarlıq “Gold Ball” mükafatının qalibi olub. Gununsesi.info xəbər verir ki, Solmaz köhnə lotereya biletlərini yanacaqdoldurma məntəqəsində yoxlayarkən ekranda “Congratulations” yazısını görüb. Əvvəlcə bunun sadəcə reklam olduğunu düşünüb. Lakin dostu ona 1 milyon dollar qazandığını deyəndə həyəcanından əllərinin titrədiyini bildirib. Solmaz qazandığı pulla sentyabr ayında universitetə başlayacaq oğlunun təhsil xərclərini ödəməyi, borclarını bağlamağı, həmçinin ailə üzvlərinə və yaxınlarına kömək etməyi planlaşdırır. Geri qayıt |