Əsas Səhifə > Ana xəbər / Güney Press > Dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı?
Dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı?Bu gün, 00:18 |
|
Şah İsmayılın kəsdirdiyi sikkələrdə, imzaladığı fərmanlarda, yazdığı məktublarda bir dəfə də İran sözünə rast gəlmədim. Əl çatan hamısına baxdım.
Sonra Səfəvilər dövləti haqda Wikipedia məqaləsinə baxdım. 441 dəfə İran sözü işlədilib. 441 dəfə. Üstəlik, 197 dəfə Persia sözü yazılıb. Məqalənin də adı belədir: Safavid İran.
Ancaq ilkin mənbələrdə dövlətin orijinal adları belədir:
الدولة القزلباشية (Ad-Daulat al-Qızılbaşiyya) / دولت قزلباش (Dövlət-i Qızılbaş),
ممالک محروسه (Məmalik-i Məhrusə),
دودمان صفوی (Dudman-i Səfəvi).
Başqa bənzər variantlar da var, ancaq heç birində İran sözü yoxdur.
Son iki əsrdə dünya elm ocaqlarında şərqşünasların, tarixçilərin əsas məşğuliyyəti nə olub bilirsiniz? Xəzər, Qara Dəniz, Körfəz arasındakı ərazilərdə nə zamansa mövcud olmuş imperiya, dövlət, feodallıq, xanlıq və daha kiçik qurumların adının yanına, böyrünə, dalına, altına bir İran və ya Persian sözü yapışdırmaq. İlkin mənbə, orijinal ad hərləyən yoxdur.
İndi mənə deyin görüm, dünya tarixşünaslığı, şərqşünslığı elmdir, yoxsa İransoxdu dəyirmanı?
Rövşən Əliyev - "DİA-AZ"
Geri qayıt |