Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş deputatdan xalqı təhqir edən yazıçıya SƏRT SÖZLƏR!

Keçmiş deputatdan xalqı təhqir edən yazıçıya SƏRT SÖZLƏR!


Bu gün, 00:06

"İlk öncə qeyd edim ki, şəxsimə qarşı edilən təhqirlər və əxlaqsızlıqlar məni bu məktubu yazmağa vadar etdi..." "DİA-AZ" xəbər verir ki, bunu keçmiş deputat Etibar Əliyev son günlər özünün təhlükəli fikirləri ilə gündəmi məşğul etməkdə olan yazıçı Əlisa Nicata ünvanladığı açıq məktubunda qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Siz Azərbaycan xalqını qoyun, sürü adlandırmısınız və həmçinin bunları da demisiniz: “Azərbaycan xalqı yoxdur. Mənim xalqım Azərbaycan xalqı deyil, mənim xalqım Azərbaycan xalqının 1000 nəfərədir”. Mən sizin bu fikrinizi tənqid edəndən sonra 1000- dən çox adam mənə hücum çəkdi, məni təhqir və təhdid etdilər. Yazdılar ki, Əlisa Nicat düz deyir, biz qoyunuq…
Necə yəni Azərbaycan xalqı yoxdur? Bu yazıçı sözüdür? Azərbaycan xalqı var və dünya durduqca olacaq. Siz bunu dərk etmirsiniz. Bu xalqa nifrət edənlər layiqli cavablarını və cəzalarını alıblar və alacaqlar…
Əlisa müəllim!
Keçək mətləbə!
Heç bir təhqir və təhdid cavabsız qala bilməz.
Bəs sənin 1000- dən çox qoyunun varsa, onda camaatdan niyə yardım istəyirsən? Bunları niyə mal bazarına çıxartmırsan? Əlavə xərclərini qarşılamaq üçün niyə bunların bir hissəsini dana, keçi və eşşəklə dəyişmirsən?"

Geri qayıt