Əsas Səhifə > Ana xəbər / Güney Press > Pünhan Əlizadəyə vəzifə verildi
Pünhan Əlizadəyə vəzifə verildiBu gün, 17:40 |
|
Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyinat olub. "DİA-AZ" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən vəzifəyə Pünhan Əlizadə gətirilib. Qeyd olunub ki, P.Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006-2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb. 2014-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020-2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb. Ötən il yanvarın 6-dan Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir. Geri qayıt |